Xəbər lenti

Tramp Kimi Vaşinqtona dəvət etdi
Dünya08:07 30.06.2019

Tramp Kimi Vaşinqtona dəvət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı Ağ Evə dəvət edib.
Qaynarinfo xəbər verir ki, ABŞ rəhbəri jurnalistlərin suallarına cavab verərkən Kimi Vaşinqtona dəvət edəcəyini bildirib. 
Qeyd edək ki, D.Tramp bu gün baş tutan görüş barədə ötən gün sosial şəbəkə hesabında yazıb və Şimali Koreya rəhbərini görmək, əlini sıxmaq və salam vermək istədiyini dilə gətirib. Kim Çen In D.Trampın bu istəyi barədə dünən "Twitter"dən xəbər tutduğunu deyib.
Tərəflər Şimali Koreyadakı Demilitarizasiya Zonasında görüşüb. Donald Tramp KXDR sərhədini keçib və bu addımı atan ilk ABŞ prezidenti statusuna yiyələnib.
Gülşən