ABŞ prezidenti Donald Tramp tərəfdarları qarşısında çıxışı zamanı Şimali Koreya lideri Kim Çen In barəsində maraqlı fikirlər səsləndirib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, ötən həftələrdə Tramp və Kim bir-birinə məktub göndərmişdi. ABŞ prezidenti bu yazışmadan sonra Kim ilə bir-birilərinə vurulduqlarını deyib və məktubu "gözəl və möhtəşəm" adlandırıb. Tramp tərəfdarları bu sözlərdən sonra gülüb və ölkə rəhbərini alqışlayıb.
Qeyd edək ki, iki lider bu ilin iyun ayında Sinqapurda görüşüb. Tramp adminstrasiyası 2-ci sammit üçün hazırlaşır.
Gülşən