Xəbər lenti

Tramp komandasına onunla əks fikirdə olanları yığmağı sevir - Keyli Makinani
Dünya10:27 20.06.2020

Tramp komandasına onunla əks fikirdə olanları yığmağı sevir - Keyli Makinani

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tramp əks-görüşlərə sahib insanlarla bir komandada işləməyi sevir". 
Qaynarinfo xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Keyli Makinani ABŞ Prezidentinin sabiq milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu tənqid etməsinə münasibət bildirərkən deyib. O, Ağ Ev rəhbərinin Bolton haqda işlətdiyi ifadələrin əsassız olmadığını bildirib.
"Prezident əks-görüşlərə sahib olmağı sevdiyini prioritet tutaraq işəgötürmə qərarı verir. Bu səhər xüsusən onun Con Boltonu işə götürməsi haqda söhbət etdik və dedi ki, çox zaman fikirlərimə qarşı çıxan insanlarla öz fikrimi müqayisə etməyi xoşlayıram. Prezidentimiz Linkoln administrasiyasında gördüyümüz kimi, bir növ rəqiblərin olması modelini sevir. Mən bunun bir parçasıyam. Tez-tez sərt mübahisələrin şahidi oluram və prezident polemika apardıqdan sonra necə hərəkət etməsi barədə ən doğru qərarı verir. Bəzən rəqiblər barələrində işlədilən ifadələrin doğru olduğunu sübut edirlər. Və xüsusən də bu, Bolton üçün keçərlidir. Bolton ABŞ prezidentinin onun haqqında dediklərini sübuta yetirdi".
Qeyd edək ki, Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton yeni kitab yazıb və kitabında ABŞ Prezidenti ilə bağlı bəzi qalmaqallı fikirlər də yer alıb. O, kitabda Ağ Ev rəhbərini səriştəsiz göstərərək, Rusiya prezidentinin istədiyi vaxt onu manipulyasiya edəcəyini düşündüyünü yazıb. Bundan başqa, Ukraynaya hərbi yardımın dayandırılması məsələsində Trampın şəxsi prioritetləri əsasında hərəkət etdiyini qeyd edib. ABŞ prezidenti isə Boltonu dövlət sirlərini ifşa etməkdə günahlandıraraq, onun qanunları pozduğunu bildirib. Rəsmi Tvitter hesabında Bolton haqda bir neçə tvit paylaşan Ağ Ev rəhbəri onu "bacarıqsız, gicbəsər, yalnız döyüşmək istəyən cansıxıcı axmaq" adlandırıb.
Camal