ABŞ prezidenti Donald Tramp ölkədə elan edilmiş Fövqəladə Vəziyyətin ləğvi ilə bağlı qərara veto verib.
Qaynarinfo xəbər verir ki, ölkə rəhbəri Konqresin 14 martda qəbul etdiyi qərara etiraz edib.
Qeyd edək ki, Donald Tramp Meksikadan miqrant axınının qarşısını almaq üçün "Meksika Divarı" layihəsini təklid edir və tikinti işləri üçün dövlət büdcəsindən vəsait ayrılmasını tələb edir. Konqresdən razılıq əldə edən bilməyən ABŞ prezidenti layihəni reallaşdırmaq üçün 15 fevralda Fövqəladə Vəziyyət elan edib.
Gülşən