ABŞ prezidenti Donald Tramp ölüm cəzası haqqında qanunun sərtləşdirilməsini istəyir.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə Pittsburq şəhərindəki sinaqoqa silahlı hücumdan sonra açıqlama verib.
Tramp bildirib ki, günahsız insanları öldürənlər ən ağır şəkildə cəzalandırılmalıdır: "Düşünürəm ki, bizim atmalı olduğumuz birinci addım bu qanunun sərtləşdirilməsidir".
Xatırladaq ki, dünən ABŞ-ın Pittsburq şəhərindəki sinaqoqa silahlı hücum nəticəsində 11 nəfər həlak olub. Cinayətkar hadisədən sonra təslim olub.