Dünya 12:35 26.12.2022

Tramp Milad təbrikində Baydeni “səy” adlandırdı

ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp sosial şəbəkədə Milad təbrikində Ağ Evin hazırkı rəhbəri, demokrat Co Baydeni "səy” adlandırıb.

Qaynarinfo xəbər verir ki, siyasətçinin bazar günü True Social-da yayımladığı bir videoda o, "ölkəmizi məhv etməyə çalışan radikal solçu marksistlər və pul ödəyərək parlaq, dərin zəkalı və ABŞ-ı sevən Donald Tramp əvəzinə "səy” demokratı tərifləmək üçün qeyri-qanuni şəkildə rüsvayçı medianı yönəldən FTB” istisna olmaqla, hamının Milad bayramını təbrik edib

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Ədliyyə Departamentinin keçmiş prezident Donald Trampı məhkəməyə hörmətsizliyə görə məsuliyyətə cəlb edəcəyi barədə məlumat yayılmışdı.
 
Alpər