Xəbər lenti

Tramp müdafiə büdcəsini 1,5 trilyon dollara çatdıracaq
Dünya 14:41 08.01.2026

Tramp müdafiə büdcəsini 1,5 trilyon dollara çatdıracaq

ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə büdcəsini 2027-ci ildə 1,5 trilyon dollara qədər artırmaq niyyətindədir. 2026-cı il üçün ABŞ müdafiə büdcəsi təxminən 1 trilyon dollardır. 

Qaynarinfo xəbər verir ki, bu barədə onun "Facebook" sosial şəbəkəsindəki paylaşımında deyilir.

Tramp vurğulayıb: "Senatorlar, konqresmenlər, nazirlər və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra mən qərara gəldim ki, ölkəmizin rifahı naminə, xüsusən də bu çox gərgin və təhlükəli dövrlərdə 2027-ci il üçün hərbi büdcəmiz 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olmalıdır".

Onun fikrincə, bu, Amerikaya düşmənlərinə baxmayaraq, ABŞ-ın müdafiəsini və təhlükəsizliyini təmin edəcək "Xəyal Ordusu" qurmağa imkan verəcək.

ABŞ prezidentinin vurğuladığı kimi, tətbiq olunan tariflər və onlardan əldə edilən əhəmiyyətli gəlirlər sayəsində müdafiə xərcləri asanlıqla 1,5 trilyon dollara qədər artırıla bilər.

Aydın

--> -->