Xəbər lenti

Tramp Netanyahunu söydü, istefasını istədiyini bildirdi
Dünya05:31 13.10.2023

Tramp Netanyahunu söydü, istefasını istədiyini bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda İsrailin baş naziri Binyamin Netanyahunun istefasını emosional şəkildə dilə gətirib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Rolling Stones jurnalı məlumat yayıb. 
Nəşrin məlumatına görə, keçmiş amerikalı lider ABŞ-ın Respublikaçılar Partiyasının sponsorları və tərəfdarları ilə bir neçə dəfə telefon danışığı aparıb, söhbət zamanı ona prezident seçkilərində qalib gələcəyi təqdirdə mümkün hərəkətləri barədə sual verilib.
"Tramp Netanyahunu aqressiv şəkildə xeyli söyüb”, - xəbərdə qeyd olunub. Siyasətçi həmçinin 2025-ci ildə prezidentliyə başlayacağı vaxt Netanyahunun vəzifəsini tərk etməsi üçün "güclü istəyini bildirib".
Bundan əvvəl Tramp İsrail və Fələstin arasındakı münaqişəni "dəhşətli” adlandırıb və vəziyyətin nə İsraildə, nə də Ukraynada gərginləşməsinə imkan verməyəcəyini bildirib.
Alpər