Xəbər lenti

Tramp niyə maska taxmır?
Dünya19:01 08.09.2020

Tramp niyə maska taxmır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Donald Trampın hər gün qoruyucu tibbi maskadan istifadə etməməsinin səbəbi açıqlanıb.
"Qafqazinfo” "TASS”a istinadən xəbər verir ki, Ağ Evin aparat rəhbəri Mark Medouz jurnalistlərə açıqlamasında bu barədə danışıb. Onun sözlərinə görə, Tramp hər gün koronavirus testindən keçdiyi üçün maska taxmasına ehtiyac yoxdur:
"Taxdığınız maska digərlərini qoruyur, sizin şəxsi müdafiəniz üçün deyil. Tramp da, mən də bu səhər testdən keçmişik. Maska taxılması digərlərinin virusdan qorunması üçündür. Bu səbəbdən prezidentin maska taxmasına ehtiyac duymuram”.