Xəbər lenti

Tramp Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürə bilər - "Politico"
Dünya04:41 06.10.2023

Tramp Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürə bilər - "Politico"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftə Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürə bilər.
Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.
"Daxili müzakirələrlə tanış olan respublikaçıya görə, keçmiş prezident Donald Tramp gələn həftə Kapitoliyə səfər etməyi düşünür”, deyə məlumatda bildirilir.
Qeyd olunur ki, o, Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürməyə hazırdır. Bu baş verərsə, Tramp çərşənbə günü qanunvericilər spiker seçməzdən əvvəl Nümayəndələr Palatasının Respublikaçılar Partiyasının üzvləri ilə danışmalı olacaq.
Yekun qərar hələ verilməyib. Çərşənbə axşamı Respublikaçılar Partiyası tam tərkibdə daxili "namizədlər forumu"na toplanacaq.
"Politico" yazır ki, Trampın spiker postuna namizəd olub-olmayacağı bəlli deyil. Qələbə Nümayəndələr Palatasında yekdilliklə respublikaçıların dəstəyini tələb edir, bu, keçmiş prezident üçün maneədir.
Onun ən yaxın müttəfiqlərindən biri, Nümayəndələr Palatasının Məhkəmə Palatasının sədri Cim Cordan artıq spiker yarışına qoşulub. O, daha əvvəl bildirib ki, bu həftə Trampla spikerliyə namizədliyini müzakirə edib.
Nəşr onu da aydınlaşdırır ki, Nümayəndələr Palatası heç vaxt Konqres üzvü olmayan spiker seçməyib, baxmayaraq ki, bu, texniki baxımdan konstitusiya tələbi deyil.
Tramp həmçinin Respublikaçılar Partiyasının konfransının öz qaydaları ilə bağlı problemlərlə üzləşə bilər. Qaydalara görə, Respublikaçılar Partiyasının rəhbərliyinin üzvü iki və ya daha çox il həbs cəzası ilə nəticələnə biləcək cinayətdə ittiham olunarsa, istefa verməlidir.
Nizami Bağırov