Xəbər lenti

Tramp növbəti dəfə İraqı təhdid etdi: 35 milyard dollar hesabda qala bilər
Dünya12:10 11.01.2020

Tramp növbəti dəfə İraqı təhdid etdi: 35 milyard dollar hesabda qala bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ böyük miqdarda İraq valyutasına sahibdir. Bank hesabında 35 milyard dollar var. Bağdad qoşunların çıxarılması üçün təzminat ödəməsə, bu pul hesabda qalacaq".
Qaynarinfo xəbər verir ki, bunu Fox-a müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib. O, bildirib ki, qoşunların çıxarılması müqabilində rəsmi Bağdaddan konkret şəkildə səfirliklər və qoyulan investisiya müqabilində təzminat istənilib. Əgər İraq ABş qüvvələrinin çıxmasını istəyirsə, bu pulu ödəməlidir.
Qeyd edək ki, yanvarın 3-ə keçən gedə ABŞ-ın Bağdadın hava limanı yaxınlığına aviasiya zərbələri endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds qoşunlarının komandanı general Qasım Süleymani öldürülüb. İraq rəsmiləri isə hücum planları barədə lazımi məlumat verilmədiyini açıqlayıb. Bundan sonra İraq Parlamenti xarici qoşunların ölkədən çıxarılması barədə qərar qəbul edib. Pentaqon isə geri çəkilməyi planlaşdırmadıqlarını bildirib.
Camal