ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, ölkənin indiki hakimiyyət orqanları dövlətin korrupsiyaya uğraması və "qarışıqlığa yuvarlanması” üçün hər şeyi edir, lakin o, seçkilərdə qalib gələrsə, bu vəziyyət dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
"Bu, qərəzli sistemdir. Əgər xalqımıza qarşı bu korrupsiyalaşmış ədalət sistemi qalib gəlsə, onlar ölkəni tamamilə ələ keçirəcək, sizin həyat tərzinizi əbədi olaraq məhv edəcəklər”, deyə Tramp bildirib.
Trampın sözlərinə görə, "ölkəni xilas etməyin” yeganə yolu 2024-cü il prezident seçkilərində onun qalib gəlməsidir.
Aydın