
ABŞ-ın iqlim dəyişikliyi məsələsi üzrə Paris İqlim Sazişindən çəkilməsi üçün rəsmi proseslərə start verilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu qərar barədə rəsmi olaraq BMT-yə müraciət edilib və mümkün ən qısa müddətdə ABŞ-ın razılaşmadan geri çəkilməsi məsələsinə baxılacaq. Lakin ABŞ prezidenti Donald Trampın bu qərarı ən tez 2019-cu ilin noyabrında təmin ediləcək, hətta müzakirələr 2020-ci ilə qədər davam edə bilər. Paris razılaşması 2015-ci ildə BMT tərəfindən qəbul edilib və 2016-cı ildə 190-dan çox ölkə bu müqaviləni imzalayıb.
Qeyd edək ki, Donald Tramp iqlim dəyişikliyində insanın həlledici rolunu inkar edir və bildirir ki, onun əsas məqsədi ABŞ iqtisadiyyatını dirçəltmək və digər ölkələrə daha ciddi rəqib olmaqdır.
Gülşən
Qaynarinfo.Az