Donald Tramp ABŞ Nümayəndələr Palatasının spikerini dövlətə xəyanətdə günahlandıraraq onun impiçmentinə çağırıb.
Qaynarinfo xəbər verir ki, Tramp bunu Nensi Pelosinin Demokratların ABŞ prezidentinə impiçment prosesinə başlamaq təşəbbüsünü təsdiqləməsinə cavab olaraq irəli sürüb.
"Nensi Pelosi Nümayəndələr Palatasının xüsusi kəşfiyyat komitəsinin rəhbəri Adam Şiffin yalanları və Konqres tərəfindən törədilən kütləvi saxtakarlıqlar, eləcə də bir vəkillə qeyri-qanuni görüşlər haqqında məlumatlıydı", - deyə Tramp Tvitterdə yazıb.
Beləliklə, ABŞ prezidenti Nümayəndələr Palatasının spikerinin "təcili impiçment" edilməsini tələb edib. Trampa görə, o da, Adam Şiff də dövlətə xəyanət ediblər.
Xatırladaq ki, ABŞ-ın hazırkı prezidentinin tənqidçiləri onun Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı ətrafında yaranmış vəziyyətdən yararlanaraq impiçment təşəbbüsü ilə çıxış edib. Bundan sonra Ağ Evin başçısı məxfi danışıqların protokolunu dərc etməyə məcbur olub.
Alpər