Xəbər lenti

Tramp Pensilvaniyada qalib gəldiyini açıqladı – 700 min bülleten
Dünya08:08 14.11.2020

Tramp Pensilvaniyada qalib gəldiyini açıqladı – 700 min bülleten

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın hazırkı prezidenti Donald Tramp Pensilvaniyada seçkini qazanan şəxs olduğunu deyib. 
Qaynarinfo xəıbər verir ki, onun bildirdiyinə görə, tərəfdarlarına veriləsi 700 min bülleten verilməyib, yəni beləliklə, respublikaçıya görə, qələbə ona məxsusdur. Tramp ABŞ Konstitusiyasına istinad edir.
Bundan əvvəl hazırkı dövlət başçısının tərəfdarlarına 3 noyabrdan sonra poçtla göndərilən səslərin etibarsız sayılmasıyla bağlı məhkəmə prosesinin keçirilməsi tələbi rədd edilmişdi. Bununla birlikdə, başqa bir məhkəmənin qərarına görə, poçtla səs vermiş, lakin 9 noyabrdan əvvəl şəxsiyyətini təsdiqləməmiş seçicilərin bülletenlərini etibarsız saymaq olar.
Hazırda Pensilvaniyada bu günə qədər bülletenlərin 99%-i yoxlanılıb. Amerika mətbuatına görə, bu əyalətdə Co Bayden qalib gəlib. O, rəqibindən 0,9% çox səs toplayıb.
Alpər