Xəbər lenti

Tramp Putinlə Ukraynanın təhlükəsizliyi ilə bağlı böyük ölçüdə anlaşdıqlarını açıqladı
Dünya09:00 16.08.2025

Tramp Putinlə Ukraynanın təhlükəsizliyi ilə bağlı böyük ölçüdə anlaşdıqlarını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər.
"Report"un xəbərinə görə, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.
Ondan Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı soruşulub. Buna cavab olaraq Tramp deyib: "Düşünürəm ki, bu bizim müzakirə etdiyimiz məqamlardır. Bunlar, əslində, əsas olaraq razılaşdığımız məqamlardır".