ABŞ seçkilərində qalib gələn Donald Trampın administrasiyasında Qrenlandiya adasının mümkün satın alınması ilə bağlı söhbətlər yenidən başlayıb.
Qaynarinfo xəbər verir ki, bu ideya Tramp üçün yeni deyi. Belə ki, ideya artıq onun ilk prezidentlik dövründə yaranıb.
2019-cu ilin avqustunda Tramp jurnalistlərə satın almada maraqlı olduğunu təsdiqləyib:
"Danimarka əslində adanın sahibidir. Onlarla yaxşı müttəfiq münasibətlərimiz var, Danimarkanı müdafiə edirik. Bu konsepsiya ortaya çıxanda "əlbəttə, iştirak edəcəm" dedim. Strateji baxımdan bu maraqlıdır və biz adanın alınmasını istəyirik".
Bununla belə, Co Bayden 2021-ci ildə vəzifəyə gəldikdən sonra adanı almaq fikri unudulub. İndi, plan Trampın qələbəsindən sonra yenidən ortaya çıxıb. Bununla belə, bəzi Danimarkalı siyasətçilər artıq seçilmiş ABŞ prezidentinin sözlərini tənqid ediblər.
"Qrenlandiyanın müstəqilliyi üçün Danimarka parlamentinin təsdiqi və konstitusiyamıza düzəliş lazımdır. Mən sizə zəmanət verə bilərəm ki, biz heç vaxt müstəqilliyə razı olmayacağıq ki, siz Qrenlandiyanı alasınız. Yaxşı fantaziyadır, amma unudun", deyə Danimarka parlamentinin üzvü Rasmus Jarlov bildirib.
1946-cı ildə prezident Harri Truman Danimarkaya Qrenlandiya üçün 100 milyon dollar təklif edib, lakin Danimarka hakimiyyəti bu təklifi qəbul etməyib.
Danimarka hipotetik olaraq Qrenlandiyanı Birləşmiş Ştatlara satmağa razı olsa, bu, 1803-cü ildə Luiziana alqı-satqısını ötərək tarixdə Amerika ərazisinin ən böyük genişlənməsi olardı.
Aydın
Şərhlər