ABŞ-ın "New York Times" qəzeti xarici işlər naziri Reks Tillersonun vəzifəsindən azad ediləcəyi barədə xəbər yayıb.
Qaynarinfo xəbər verir ki, Tillersonun yerinə Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Mayk Pompeyin gətirilməsi gözlənilir. Pompeyi isə MKA-da senator Tom Kottonun əvəzləyəcəyi deyilir.
Qəzet dəyişiklik barədə ABŞ prezidenti Donald Trampın düşündüyünü və son qərarın verilmədiyini də bildirib.
Gülşən