Xəbər lenti

Tramp "rəzalət" adlandırdığı layihəni imzalamalı oldu
Dünya05:40 28.12.2020

Tramp "rəzalət" adlandırdığı layihəni imzalamalı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Tramp pandemiya ilə bağlı iqtisadi dəstək paketini və büdcə layihəsini imzalayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Konqresin təsdiq etdiyi 900 milyard dollarlıq dəstək paketi və 1.4 trilyon dollarlıq büdcə layihəsi prezident tərəfindən imzalanaraq qüvvəyə minib.
Qeyd edək ki, Tramp bir müddət öncə pandemiyaya görə nağd yardım olan 600 dollarlıq məbləği "rəzalət" adlandıraraq məbləğin 2 000 dollara çatdırılmayacağı təqdirdə yayihə və paketi imzalamayacağını bəyan etmişdi. Qanunverici orqan Trampın təklifini rədd etdiyindən prezident bu sənədi imzalamalı oldu.