Xəbər lenti

Tramp Rusiya və Çini az qala nüvə silahından imtina etməyə inandırıbmış
Dünya 11:44 10.10.2024

Tramp Rusiya və Çini az qala nüvə silahından imtina etməyə inandırıbmış

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, əvvəlki prezidentlik dövründə Çin və Rusiya ilə nüvə silahlarının birgə ləğvi ilə bağlı demək olar ki, razılığa gəlibmiş.

Qaynarinfo xəbər verir ki, bu barədə Tramp "FLAGRANT" "YouTube" kanalına müsahibəsində deyib.

"Nüvə silahları bu gün dünyada sahib olduğumuz ən böyük təhlükədir. Bu, növbəti 500 il ərzində okeanların 1/8 düym qədər yüksəldiyi qlobal istiləşmə deyil", - o deyib.

Respublikaçının qeyd etdiyi kimi, nüvə müharibəsi hazırda dünya üçün ən böyük təhlükədir və beş ölkə nüvə potensialına malikdir. Tezliklə onlar daha çox olacaq və ABŞ buna imkan verməməlidir, siyasətçi vurğulayıb.

"Nüvə silahlarından ləğv etmək üçün razılaşmaya yaxın idik. Bu, çox yaxşı olardı. Mən Rusiyadan, özümüzdən və Çindən danışıram. O zaman nüvə imkanlarından qəti şəkildə xilas olmaq üçün hamını buna cəlb edərdik", - Tramp deyib. 

UNİAN-ın xəbərinə görə, jurnalist Bob Vudvord "Müharibə” kitabında Donald Trampın 2024-cü ildə Vladimir Putinlə ən azı bir dəfə söhbət etdiyini bildirib.

Vudvardın sözlərinə görə, Tramp 2021-ci ildə ABŞ prezidentliyini tərk etdikdən sonra ən azı 7 belə söhbət olub, ancaq Tramp və Putinin konkret nədən danışa biləcəyi məlum deyil.

Bu arada Kreml bu məlumatı təkzib edir. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, belə telefon əlaqəsi olmayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->