Xəbər lenti

Tramp Rusiyanın Zelenskinin
Dünya 11:34 27.08.2025

Tramp Rusiyanın Zelenskinin "legitimliyi" ilə bağlı iradlarına gözlənilməz cavab verdi

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiyanın Ukrayna lideri Vladimir Zelenskinin guya "legitim olmaması” barədə dedikləri "cəfəngiyyatdır”. 

Qaynarinfo xəbər verir ki, o, bunu Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

"Onların nə dediyi önəmli deyil. Bu, hamısı boş söhbətdir. Sadəcə diqqət çəkmək istəyirlər”, deyə Tramp vurğulayıb.

Amerikalı liderin fikrincə, Rusiyanın belə iradları yalnız "ictimaiyyət qarşısında oyun” xarakteri daşıyır.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Moskva Zelenskini Ukraynanın başçısı kimi tanıyır, amma eyni zamanda onun guya "legitim olmaması” barədə də danışmağa başlayıb.

"Zelenski Putinlə görüşün onun üçün prioritet olması barədə danışanda, məzmuna fikir vermədən sadəcə oyun oynayır”, – Lavrov əlavə edib.

Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa isə rusiyalı siyasətçinin bu fikirlərinə reaksiya verib. Onun sözlərinə görə, 21 ildir kresloda oturan bir şəxsin legitimlik mövzusunda dərs keçməsi absurd görünür.

"O, legitimlik haqqında danışmaq üçün heç bir legitimliyə malik deyil”, deyə Sıbiqa vurğulayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->