Xəbər lenti

Tramp Rusiyaya verdiyi möhlətin müddətini azaltdı:
Dünya 17:43 28.07.2025

Tramp Rusiyaya verdiyi möhlətin müddətini azaltdı: "10 və 12 gün..." (YENİLƏNİB)

Tramp Rusiyaya Ukrayna ilə razılaşma üçün yeni müddət açıqlayıb.

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dayandırması üçün yeni son tarix təyin edib.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, Tramp bu barədə Şotlandiyanın Turnberri şəhərində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə ikitərəfli görüşü zamanı danışıb.

"Mən yeni bir son tarix müəyyən edəcəyəm – bu günündən etibarən təxminən 10 və ya 12 gün. Gözləməyə heç bir əsas yoxdur”, deyə Tramp vurğulayıb.

Ağ Evin rəhbəri daha əvvəl müəyyən etdiyi 50 günlük müddət barədə danışarkən bildirib ki, o zaman "səxavətli” olmaq istəyib.

ABŞ prezidenti əlavə edib ki, Rusiya tərəfindən Ukraynaya qarşı aparılan müharibənin dayandırılması istiqamətində heç bir irəliləyiş görünmür.

16.47
 
ABŞ prezidenti Donald Tramp Vladimir Putinə Ukrayna ilə atəşkəs barədə razılığa gəlmək üçün verdiyi 50 günlük müddəti qısaltmağı planlaşdırdığını bildirib.

Qaynarinfo xəbər verir ki, Trampın növbəti dəfə Vladimir Putinin ciddi şəkildə onu məyus etdiyini vurğulayıb. Əks təqdirdə, bu 50 gün başa çatdıqdan sonra ABŞ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyini vəd edir.

"Biz müzakirələr apardıq və elə bilirdik ki, artıq bir neçə dəfə müəyyən razılaşmalara gəlmişik. Amma sonra Putin çıxıb başlayır hansısa şəhərə – məsələn, Kiyevə – raketlər atmağa, çoxlu insanı öldürür və mən deyirəm: belə etmək olmaz. Odur ki, görək bu işin axırı necə olacaq”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp həmçinin əlavə edib ki, o, Putinə verdiyi 50 günlük ultimatumu yenidən nəzərdən keçirəcək, çünki "artıq onun cavabını bildiyini düşünür”. Trampın sözlərinə görə, Ukrayna "müharibəni dayandırmaq üçün nəsə etməyə çalışır”, lakin Rusiya tərəfindən "yalnız boş sözlər eşidilir”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->