ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gəlmək naminə Ukraynaya yardımın qarşısını almaq üçün Konqresə təzyiq edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın səsi”nin jurnalisti Ostap Yariş ABŞ mediasında bir neçə həmsöhbətinə istinadən
yazır.
O qeyd edib ki, Konqresdə Ukraynaya yardımın ləngiməsi Trampın təzyiqi və onun seçki kampaniyasının miqrasiya siyasəti məsələləri üzrə qurmaq istəyi ilə bağlıdır.
"Onlar deyirlər ki, Ukrayna və sərhəddə kompromis onun maraqlarına uyğun deyil, çünki bu, seçkilərdən əvvəl Co Baydenə xal əlavə edəcək", - Yariş X (Twitter) səhifəsində izah edib.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə respublikaçıların praymerizində qalib gəlib.
İlkin məlumatlara görə, Tramp 53%, onun rəqibi, ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli isə 46%-dən bir qədər çox səs toplayıb.
Nizami Bağırov