Jurnalist Maykl Volf ABŞ prezidenti Donald Trampın ölkə rəhbəri kimi ilk ilini qələmə alıb. "Qəzəb və hiddət: Trampın Ağ Evinin içində" adlı kitab 9 yanvarda satışa çıxacaq.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, kitabın bəzi hissələri ABŞ mediasında yayımlanıb. Trampın Ağ Evdəki həyatına dair bəzi informasiyalar qeyd olunub.
Volfun iddiasına görə, prezident "McDonalds" məhsullarını təmizliyindən əlavə yeməyin əvvəlcədən təhlükəsiz formada hazırlanmasına görə seçir.
"Tramp əslində Ağ Evi narahat və qorxulu hesab edir. Buna görə də öz yataq otağında çox vaxt keçirir. Sabiq prezident Con Kennedinin dövründən bəri ilk dəfə prezident və "First lady" ayrı otaqlarda qalır. O, otağında 3 televizor yerləşdirib və yataq otağına kilid düzəltdirib. Kəşfiyyat xidməti ilə buna görə kiçik mübahisə belə yaşadı" yazan jurnalist prezidentin köynəyini yerdən qaldıran xidmətçiyə "Əgər köynəyim oradadırsa, deməli mən onun orada olmağını istəyirəm" deyərək narazılığını bildirdiyini deyir.
Maykl Volf kitabında bildirir ki, Donald Tramp yeni qanunlar qoyub: Heç kim əşyalarına, xüsusilə diş fırçasına toxunmamalıdır. Yataq otağı və yatağı o istədiyi zaman təmizlənir, hətta döşəkağını özü dəyişir.
200 nəfərlə görüşdən sonra yazılan kitabda Trampın haqqında yayımlanan mənfi xəbərlərə əsəbləşdiyi, andiçmə mərasimindən əvvəl həyat yoldaşı Melaniya Trampla mübahisə etdiyi, prezident seçilməyinə inanmadığı da yazılıb. Seçki nəticələri açıqlanan gün Trampın oğlu kiçik Donald Tramp atasının ruh görmüş vəziyyətə düşdüyünü deyib. Melaniya Tramp isə ağlayıb, amma bunlar sevinc gözyaşları olmayıb. Nəticədə Tramp özünə gələrək ABŞ prezidenti olmağa layiq olduğunu və vəzifənin öhdəsindən gələ biləcəyini inandığını deyib.
"Qəzəb və hiddət: Trampın Ağ Evinin içində" Trampın qızı İvanka Tramp və kürəkəvi Cared Kuşner barədə də məlumat yer alıb. Cütlüyün gələcəkdə İvanka Trampın prezidentliyə namizəd olması barədə razılığa gəldiyi iddialar arasındadır.