Xəbər lenti

Tramp və Baydenin komandası hakimiyyətin ötürülməsinə dair sənəd imzaladı
Dünya 10:01 27.11.2024

Tramp və Baydenin komandası hakimiyyətin ötürülməsinə dair sənəd imzaladı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid komandası Co Bayden administrasiyası ilə hakimiyyətin ötürülməsinə dair memorandum imzalayıb. Bu, lazım olduğundan gec baş verib.

Bu barədə Qaynarinfo "Axios”a istinadən xəbər verir.

Qeyd olunur ki, saziş yeni administrasiyaya hökumətin idarəetməsini qəbul etməyə hazırlaşmaq üçün lazım olan federal qurumların məlumatlarına giriş imkanı verir.

Nəşrin fikrincə, prezident hakimiyyətinin keçidi üçün müəyyən edilmiş qrafik nəzarətin ötürülməsini asanlaşdırmaq məqsədi daşıyır. Lakin Trampın komandası, ümumi Xidmətlər İdarəsi və Ağ Evlə planlanlaşdırılan sazişləri imzalamaq üçün 1 sentyabr və 1 oktyabr tarixlərini qaçırıb.

İndi Tramp və seçilmiş vitse-prezident Cey Di Vensin keçid mərhələsi özəl maliyyələşdirməyə əsaslanacaq və çərşənbə axşamı qeyd olunan şərtlərə uyğun olaraq donorları açıqlayacaq.

Razılaşma həmçinin Tramp komandasının Ümumi Xidmətlər Administrasiyasının təqdim etdiyi hökumət binalarından və ya texnologiyasından istifadə etməyəcəyini də nəzərdə tutur. 

Trampın keçid komandasının irəli sürdüyü şərtlər, hakimiyyətin ötürülməsi zamanı onilliklər ərzində istifadə edilən protokolla və bəzi uzunmüddətli prosedurlarla ziddiyyət təşkil edir.

Bununla belə, oxşar presedent artıq baş verib. Xüsusilə Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan kimi kəşfiyyat brifinqlərindən imtina etmək qərarına gəlib. O, həmin vaxt "Daily Mail”ə bildirib ki, məlumatların sızdırılmasında ittiham olunmaq istəmir. 

Prezidentlik Keçid Mərkəzinə nəzarət edən İctimai Xidmət Tərəfdaşlığının prezidenti və baş direktoru Maks Stir bildirib ki, saziş "hakimiyyətin səmərəli keçidi istiqamətində müsbət addım” deməkdir.

"Bu saziş federal agentliklərdən məlumatlara birbaşa çıxışı təmin edir ki, bu da yeni administrasiyanın birinci gündə öz səlahiyyətlərini həyata keçirməyə hazır olması və keçidin uğuru üçün çox vacibdir", - o əlavə edib.

Xatırladaq ki, ABŞ prezident seçkiləri öncəsi, Amerikada çoxları ölkədə etirazların başlayacağından ehtiyat edirdi.

Lakin bunun əksi baş verib. Noyabrın 5-dən sonra həm Demokratlar Partiyasının namizədi Kamala Harris, həm də ABŞ-ın hazırkı prezidenti Co Bayden Donald Trampın qələbəsini tanıyıb və hakimiyyətin sülh yolu ilə ötürüləcəyini vəd ediblər. Xüsusilə, Harris keçid dövründə Trampa köməklik göstəriləcəyini vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->