ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın görüş yeri və vaxtı müəyyənləşib.
Qaynarinfo NDTV-yə istinadən xəbər verir ki, görüşün iyun ayının ortalarında Sinqapurda baş tutacağı güman edilir.
Bir neçə gün əvvəl Tramp qarşılaşmanın yeri və vaxtının artıq dəqiqləşdiyini və tezliklə məlumat veriləcəyini demişdi. ABŞ prezidenti ötən həftələrdə Kimlə Şimali və Cənubi Koreya sərhəddində yerləşən "Sülh Evi"ndə bir araya gəlmək istədiyini dilə gətirmişdi.
Qeyd edək ki, 27 apreldə Cənubi Koreya prezidenti Mun Çey In və Kim Çen In "Sülh Evi"ndə görüşmüşdü. 22 mayda isə Tramp Ağ Evdə Mun Çey Inı qəbul edəcək.
Gülşən