Xəbər lenti

Tramp və Klinton Nyu-Yorkda keçirilən praymerizdə qalib gəlir
Dünya05:25 20.04.2016

Tramp və Klinton Nyu-Yorkda keçirilən praymerizdə qalib gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milyarder Donald Tramp və sabiq dövlət katibi Hillari Klinton müvafiq olaraq Respublikaçılar və Demokratlar partiyalarının Nyu-Yorkda keçirilən praymerizində səslərin hesablanmasının ilkin nəticələrinə görə qalib gəlirlər.
"Report" xəbər verir ki, respublikaçılarda səslərin 31%-nin hesablanmasından sonra Tramp onların 62%, Ohayo qubernatoru Con Keysik 24%, Texas senatoru Ted Kruz isə 14%-ni toplayır. Tram ya əksəriyyətin, ya da ştatdakı 95 nümayəndənin hamısının dəstəyini alacaq.
Demokratlarda səslərin 49%-nin hesablanmasından sonra Klinton onların 60%-ni, onun yeganə rəqibi, Vermontdan olan senator Berni Sanders isə 40%-ni toplayır.
Qaynarinfo.az