Xəbər lenti

Tramp və Putin yenə də
Dünya 17:26 05.09.2025

Tramp və Putin yenə də "eyni dalğadadır" - CNN

ABŞ prezidenti Donald Tramp yenidən Avropa müttəfiqlərini Rusiyanın təcavüzünə qarşı daha fəal hərəkətə çağırıb, eyni zamanda Rusiya rəhbəri Vladimir Putinlə dialoq kanalını açıq saxlayıb. 

Qaynarinfo CNN-ə istinadla yazır ki, bu, onların üç həftə əvvəl Alyaskadakı sammitindən sonra sülh təşəbbüslərində yaranmış durğunluq fonunda baş verir.

Ağ Evin məlumatına görə, Avropa İttifaqı liderləri ilə telefon danışığı zamanı Tramp bildirib ki, ''Avropa Rusiyadan neft almasını dayandırmalıdır, çünki Rusiya təkcə bir il ərzində Aİ-dən 1,1 milyard avro qazanıb''. O, həmçinin vurğulayıb ki, Avropa ölkələri ''Rusiyanın hərbi səylərini maliyyələşdirdiyinə görə Çinə iqtisadi təzyiq göstərməlidir''.

Amerika prezidenti jurnalistlərə açıqlamasında yaxın vaxtlarda Putinlə yenidən danışmağı planlaşdırdığını bildirib: ''Məlum olsun ki, biz nə edəcəyik''. O, Moskvanın sülh addımlarında ləngiməsi halında Rusiyaya qarşı yeni birbaşa sanksiyaları imzalamağa hazır olub-olmaması barədə konkret cavab verməyib. ''Onun qərarı necə olur-olsun, biz ya ondan razı qalacağıq, ya da narazı. Əgər narazı olsaq, siz nə baş verəcəyini görəcəksiniz'', – deyə Tramp çərşənbə günü Oval kabinetdə söyləyib.

Vaşinqtonun tənqidinə baxmayaraq, Avropa artıq Rusiyadan neft asılılığını xeyli azaldıb. CNN qeyd edir ki, əgər 2021-ci ildə idxalın dəyəri ilk rübdə 16,4 milyard dollar təşkil edirdisə, 2025-ci ildə bu rəqəm 1,72 milyard dollara enib. Aİ ölkələri Rusiya neftinə və neft məhsullarına dəniz yolu ilə embarqo tətbiq etsələr də, müəyyən həcmdə məhsul hələ də Avropa bazarına daxil olur.

UNİAN-ın yazdığına görə, Rusiya müharibəni dayandırmaq niyyətində olmasa da, artıq elə bir təhlükəsizlik sistemi qurulur ki, düşməni sülhə məcbur edə bilər. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski İtaliyada keçirilən ''Ambrosetti'' Beynəlxalq İqtisadi Forumunda deyib. ''Mən indi bütün detalları aça bilmərəm – onların çoxu həssasdır və hərbi sahəyə aiddir. Amma biz elə bir qüvvə hazırlayırıq – quruda, havada və dənizdə – ki, sadəcə plana uyğun işləyərək Rusiyaya təzyiq göstərəcək və onu müharibəni dayandırmağa məcbur edəcək'', – dövlət başçısı bildirib.

Bundan əvvəl Almaniya kansleri Fridrix Mers də Ukraynada müharibənin sonu ilə bağlı açıq açıqlama verib. O, sülhə ümidini itirmədiyini, amma illüziyalarının da olmadığını söyləyib. Alman siyasətçi qeyd edib ki, Ukrayna müharibəsinin daha uzun müddət davam etməsinə hazırdır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->