ABŞ-ın keçmiş prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı Türkiyənin "böyük lideri" adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” məlumat
yayıb.
"Belə bir insan var, Viktor Orban, onun haqqında eşidən varmı? O, yəqin ki, dünyanın ən güclü liderlərindən biridir. O, Türkiyənin lideridir", deyə Tramp Nyu-Hempşirdə seçki kampaniyası zamanı çıxışında bildirib.
Tramp əlavə edib ki, Orbanın Rusiya ilə "cəbhəsi" var. Ancaq nə Türkiyənin, nə də Macarıstanın Rusiya ilə sərhədi yoxdur.
Qeyd edək ki, Tramp daha əvvəl də miqrasiya və LGBT hüquqlarına qarşı çıxan Orbanı tərifləmiş və onun idarəetmə tərzini "qeyri-liberal demokratiya" adlandırmışdı. 2019-cu ildə Tramp onu Ağ Evdə qonaq edib.
Öz növbəsində Orban 2016-cı ildə Trampın prezidentlik kampaniyasını dəstəkləyən ilk Avropa lideri olub və keçmiş prezidentə qarşı cinayət işi açıldıqdan sonra onu "mübarizəni davam etdirməyə" çağırıb.
Nizami Bağırov
Şərhlər