Xəbər lenti

Tramp Yaxın Şərq və Ukraynadakı vəziyyətə görə ABŞ-ın məsuliyyət daşıdığını bildirdi
Dünya08:30 18.12.2023

Tramp Yaxın Şərq və Ukraynadakı vəziyyətə görə ABŞ-ın məsuliyyət daşıdığını bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın keçmiş prezidenti Donald Tramp əmindir ki, Yaxın Şərqdəki vəziyyət ABŞ-a görə "tamamilə nəzarətdən çıxıb”. Onun sözlərinə görə, "bölgədə dəhşətli şeylər baş verir, lakin bizim bunu dayandırmaq üçün gücümüz var”. O, həmçinin Rusiya və Ukrayna arasında hərbi münaqişədə ABŞ hakimiyyətini günahlandırıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Tramp Truth Social sosial şəbəkəsində yazıb. 
"Birləşmiş Ştatlar Yaxın Şərqdəki vəziyyətin tamamilə nəzarətdən çıxmasına icazə verdi... Məsələyə güc və dəqiqliklə yanaşılmasa, bu, fəlakətə səbəb ola bilər. Rusiya/Ukrayna ilə də belədir, bəlkə də daha böyük ölçüdə”, - ABŞ-ın keçmiş prezidenti bildirib. 
Xatırladaq ki, İsraillə Fələstinin HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Noyabrın sonunda tərəflər bir neçə günlük atəşkəs barədə razılığa gəliblər, lakin dekabrın 1-də İsrail ordusu Qəzzada əməliyyatları bərpa edib. Dünən, dekabrın 17-də Reuters mənbələri tərəflərin yenidən atəşkəs elan etməyə hazır olduqlarını bildiriblər. "The Economist” yazır ki, ABŞ İsraildən Qəzzada müharibəni ilin sonuna qədər dayandırmağı xahiş edib.
Nizami Bağırov