Xəbər lenti

Tramp yenə İslamı hədəfə aldı
Dünya14:03 29.11.2017

Tramp yenə İslamı hədəfə aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp radikal sağçı Britain First (Öncə Britaniya - red.) adlı siyasi hərəkatın lideri Ceyda Fransenin islam əleyhinə yaydığı videoları şəxsi Twitter hesabında paylaşıb.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, prezidenti ard-arda paylaşdığı videoların hamısı İslama qarşıdır.
Birinci videoda müsəlman miqrantın hollandiyalı bir uşağı döyməsi, ikinci videoda "Bakirə Məryəm" heykəlini parçalayan müsəlman, sonuncu videoda isə bir uşağın intihar anı əks olunub.
Hər üç videonu şərh vermədən paylaşan Tramp bu paylaşımların ardınca isə "CNN yalan informasiya yayır" iddiasını irəli sürüb.
Qeyd edək ki, noyabrın əvvəllərində siyasi hərəkat lideri Ceyda Fransen çadralı bir qadına təcavüz ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmuşdu.