Xəbər lenti

Tramp yenə koronavirusla bağlı İrana yardım təklif etdi: “Qəbul edərlərsə...”
Dünya05:55 05.03.2020

Tramp yenə koronavirusla bağlı İrana yardım təklif etdi: “Qəbul edərlərsə...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasının təklifi qəbul edəcəyi təqdirdə Birləşmiş Ştatların İrana koronavirusun yayılması ilə mübarizədə kömək edə biləcəyini deyib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Fox News"a verdiyi müsahibədə bildirib.

Trampa görə, Birləşmiş Ştatlar koronavirusla çox uğurlu mübarizə aparır və Maykl Pensin rəhbərlik etdiyi mükəmməl koronavirus qrupu var. Amerika lideri ABŞ-ın dünyada ən yaxşı həkimlərə sahib olduğunu da qeyd edib. O, ABŞ-ın bu xəstəliyə qarşı mübarizədə bir çox ölkəyə kömək etdiyini və yeni koronavirusun təsirinə məruz qalan İrana da kömək edə biləcəyini ifadə edib.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo Amerika tərəfinin İrana koronavirusla mübarizədə yardım təklif etmiş, lakin İran Xarici İşlər Nazirliyi Vaşinqtonun təklifini gülünc adlandırmışdı.

Xatırladaq ki, Çindən kənarda koronavirusa ən çox yoluxanlar Cənubi Koreya, İran və İtaliyada qeydə alınıb.