Xəbər lenti

Tramp yenidən prezident seçilsə, Avropada yeni müstəqli dövlət yarana bilər
Dünya 17:59 04.12.2023

Tramp yenidən prezident seçilsə, Avropada yeni müstəqli dövlət yarana bilər

Serb Respublikasının (Bosniya və Herseqovinanın tərkibindəki qurum) prezidenti Milorad Dodik 2024-cü il ABŞ prezident seçkilərində Donald Trampın qalib gələcəyi təqdirdə Bosniya və Herseqovinadan müstəqilliyini elan edə biləcəyini deyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "TV Prva" məlumat yayıb.

Dodik bildirib ki, Donald Tramp 2016-cı ildə ABŞ prezidenti olanda Serb Respublikasının müstəqilliyini elan etmək niyyətində imiş, lakin onun çevrəsi hadisələrin bu cür inkişafından qorxub və bunu etməməli olub.

"Deməliyəm ki, bu gün bunu etmədiyimə görə peşmanam. Ancaq Tramp yenidən qalib gəlsəydi, düşünürəm ki, tərəddüd etməzdim", deyə Dodik bildirib.

O, həmçinin qeyd edib ki, gələcəkdə Serb Respublikasının müstəqil olacağına inanır.

Bundan əvvəl məlumat verilmişdi ki, Qərb bu ölkənin serblərinə təzyiqlərini dayandırmasa, Serb Respublikası 2024-cü ildə Bosniya və Herseqovinadan müstəqillik əldə etmək üçün referendum təşkil etməyi planlaşdırır.

Bosniya və Herseqovina iki qurumdan - Bosniya və Herseqovina Federasiyası (Xorvat-müsəlman) və Serb Respublikasından ibarətdir. Onların arasında beynəlxalq idarəçilikdə olan Brcko rayonu yerləşir. Hökumət sistemində üç əsas xalq təmsil olunur: boşnaklar (islam slavyanları), xorvatlar (katoliklər) və serblər (pravoslavlar). Hər bir qurumun öz konstitusiyası və icra orqanı var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->