Xəbər lenti

Tramp, yoxsa Zelenski daha çox diktatordur? – Amerikalıların cavabı belə oldu
Dünya 22:55 21.02.2025

Tramp, yoxsa Zelenski daha çox diktatordur? – Amerikalıların cavabı belə oldu

ABŞ-da aparılan sorğu göstərib ki, amerikalıların demək olar ki, iki dəfədən çoxu öz prezidentləri Donald Trampı Ukrayna lideri Volodimir Zelenskidən daha çox "diktator" hesab edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Newsweek nəşri YouGov tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən yazır.

Respondentlərə Volodimir Zelenski, Donald Tramp və Vladimir Putinin diktator olub-olmadığı soruşulub.

Sorğunun nəticələrinə görə, iştirakçıların 41%-i Trampı diktator hesab edir, 45%-i isə bunun əksini düşünür. Daha 14% respondent isə bu məsələdə əmin olmadığını bildirib.

Zelenski barədə eyni sual verildikdə, respondentlərin 22%-i onu diktator adlandırıb, 45%-i isə bununla razılaşmayıb. Daha 33% isə cavab verməkdə çətinlik çəkib.

YouGov sorğusu 19 fevralda aparılıb və 4071 amerikalı iştirak edib.

Xatırladaq ki, Ukraynanın nadir torpaq metalları ilə bağlı razılaşmanı imzalamaqdan imtina etməsi son günlər Trampın Volodimir Zelenskini "seçkisiz diktator" adlandırmasına səbəb olub.

Ağ Evin son açıqlamalarını şərh edən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, "prezident Tramp Zelenskiyə görə çox əsəbiləşib", xüsusilə də Ukraynaya göstərilən Amerika yardımına görə minnətdarlıq bildirməməsi və faydalı qazıntılarla bağlı müqaviləni imzalamaqdan imtina etməsi səbəbindən.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->