Xəbər lenti

Tramp Zelenskinin Putinlə görüşməsini istəyir
Dünya 14:38 22.02.2025

Tramp Zelenskinin Putinlə görüşməsini istəyir

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dayandırılması üçün Vladimir Putin və Vladimir Zelenskinin görüşünün vacib olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, 21 fevral cümə günü Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

Trampın sözlərinə görə: "Putin və Zelenski görüşməlidir. Çünki bilirsinizmi nə üçün? Biz milyonlarla insanın öldürülməsinə son qoymaq istəyirik".

Bundan əlavə, Tramp ümid etdiyini bildirib ki, Kiyev yaxın gələcəkdə ABŞ-ın Ukraynadakı faydalı qazıntı yataqlarına çıxışı ilə bağlı sazişi imzalayacaq.

"Onlar (ukraynalılar – red.) çox cəsurdurlar, bunu istənilən mənada söyləyə bilərsiniz. Amma biz öz sərvətlərimizi çox-çox uzaqda yerləşən hansısa ölkəyə xərcləyirik", – deyə ABŞ prezidenti Ukrayna haqqında danışıb.

Qeyd edək ki, Trampın Putin və Zelenski arasında görüş çağırışı, onun Fox News-a müsahibəsində Ukrayna prezidentinin sülh danışıqlarında iştirakının vacibliyinə şübhə etdiyini bildirməsindən sonra səslənib.

Xatırladaq ki, son günlər Trampın Vladimir Zelenskiyə qarşı bir sıra sərt bəyanatları olub. Xüsusilə, ABŞ prezidenti onu "seçkisiz diktator" adlandırıb.

Bundan əlavə, 18 fevralda Səudiyyə Ərəbistanında ABŞ və Rusiya yüksəkvəzifəli rəsmilərinin Ukraynanın iştirakı olmadan görüşü keçirilib. Görüşdə tərəflər ikitərəfli münasibətlərdə "qıcıq doğuran məsələləri" aradan qaldırmaq və Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqların hazırlanmasını davam etdirmək barədə razılığa gəliblər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->