Xəbər lenti

Trampa görə alman apteklər şəbəkəsi “Tesla”nı almaqdan imtina etdi
Dünya 17:47 07.08.2024

Trampa görə alman apteklər şəbəkəsi “Tesla”nı almaqdan imtina etdi

"Rossmann” Alman apteklər şəbəkəsi bundan sonra öz avtoparkı üçün "Tesla” avtomobilləri almayacağını bildirib. 

Qaynarinfo "Rossmann”ın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Amerika şirkətinin yaradıcısı və prezidenti İlon Maskın ABŞ prezident seçkilərində Donald Trampı dəstəkləmək qərarıdır.


"İlon Mask Donald Trampı dəstəklədiyini gizlətmir. Tramp dəfələrlə iqlim dəyişikliyini saxtakarlıq adlandırıb, bu mövqe "Tesla”nın elektrik avtomobilləri istehsal edərək ətraf mühitin qorunmasına yardım etmək missiyasına tamamilə ziddir”, - "Rossmann”ın yaradıcısının oğlu Raul Rossmann bildirib.

Bununla əlaqədar şirkət "Tesla” avtomobillərini almaqdan imtina etmək qərarına gəlib. Əvvəllər alınmış avtomobillər parkda qalacaq, lakin gələcəkdə "Rossmann” elektromobilləri başqa istehsalçılardan alacaq.

"Rossmann” Almaniyada və digər Avropa ölkələrində 4700 pərakəndə satış nöqtəsi olan böyük bir şirkətdir. Şirkətdə 62 000-dən çox işçi çalışır. Rossmannın avtoparkəna 800-ə yaxın avtomobil daxildir ki, onlardan 34-ü "Tesla”dır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->