Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində keçirilən "G-20" sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşüb.
Qaynarinfo Milliyet-ə istinadən xəbər verir ki, 35 dəqiqə davam edən görüş çərçivəsində iki ölkə lideri bəzi açıqlamalarla yadda qalıb.
R.T. Ərdoğan ABŞ və Türkiyə arasında ticarət həcminin artırılması məsələsinə toxunub və ticarət, strateji əməkdaşlığın daha da inkişaf etdiriləcəyini açıqlayıb.
D. Tramp Türkiyə və ABŞ arasındakı ticarət həcminin çox az olduğunu bildirib:
"75 milyard dollar çox azdır, bu məbləğ 100 milyarddan çox olmalıdır. Türkiyə-ABŞ münasibətləri inkişaf etdikcə bu məbləğin 4 dəfə artmasını gözləyirik. Türkiyənin çox yaxşı istehsal məhsulları var, həmçinin bu ölkəyə böyük miqdarda hərbi satış həyata keçirməyi planlaşdırırıq".
ABŞ rəhbəri sabiq prezident Barak Obama dövründə Türkiyə ilə əlaqələrə də toxunub:
"Obama dövründə Türkiyə "Patriot” zenit-raket komlekslərini almaq istəsə də, buna icazə verilməyib. Bu ölkəyə ədalətli münasibət göstərilməyib. Rəsmi Ankaranın Rusiyadan "S-400" zenit-raket sistemlərini alması qarışıq məsələdir, həll yolları axtarır və ədalətli olmağa çalışırıq".