ABŞ Prezidenti Donald Tramp Uçan Naməlum Obyektlərə (UNO) bağlı danışıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı "Fox News” telekanalından tanınmış jurnalist Taker Karlsona müsahibəsində "Siz UNO-ların mövcud olmasına inanırsınız" sualını cavablandırıb.
Tramp buna inanmadığını bildirib: "Əslində, mən bununla bağlı təfsilatı ilə danışmaq istəmirəm. Amma UNO-ların mövcud olmasına inanmıram. Özüm inanmasam da, düşünürəm ki, hər şey ola bilər".
Karlson Ağ evin sahibinə xatırladıb ki, ABŞ Hərbi Hava Qüvvələrinin pilotları uçuş zamanı səmada naməlum qəribə obyektlər görüblər. Tramp bununla razılaşıb və bildirib ki, həqiqətən də bu obyektləri gördüklərinə and içən insanlar var. Prezident jurnalistin ABŞ Hərbi Hava Qüvvələrinin bazasında UNO parçalarının saxlanıldığı barədə digər sualına cavabında isə bildirib ki, onda bu cür məlumatlar yoxdur.
Bu ilin aprelində ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığı UNO-ları görən pilotlar üçün hesabat forması hazırlamaq qərarına gəlib. Bu, onun qənaətinə görə, izahı olmayan müşahidələr və toplanılan faktların sistemləşdirilməsi məqsədi daşıyır.