Xəbər lenti

Trampdan yekun qərar: Transseksuallar orduda xidmət edə bilməyəcək
Dünya11:15 26.08.2017

Trampdan yekun qərar: Transseksuallar orduda xidmət edə bilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Tramp cinsiyyətlərini dəyişən kişilərin orduya qəbuluna qadağa qoyaraq bu barədə müdafiə nazirliyinə rəsmi təlimat verdi.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ötən ay açıqlanan bu qərar artıq rəsmiləşib. Sabiq prezident Barak Obama dövründə transseksual kişilərin orduya qəbulu barədə qərar ləğv edilib. Bildirilir ki, ordu ənənəsində əvvəllər də belə bir şey yox idi və qərar bəzi milli təhlükəsizlik məsələləri ilə əlaqədar qəbul edilib. 

Qeyd edək ki, Tramp açıqlamasında bildirmişdi ki, cinsiyyət dəyişdirmiş kişilər orduda yüksək tibb xərclərinə səbəb olurlar.

Gülşən

Qaynarinfo.Az