Xəbər lenti

Trampın donoru olan milyarder vəfat etdi
Dünya13:47 12.01.2021

Trampın donoru olan milyarder vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milyarder və "Las Vegas Sands”ın qurucusu Şeldon Adelson vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə bu gün "Las Vegas Sands”ın saytında məlumat verilib. Qan xərçəngindən əziyyət çəkən Ş. Adelson 88 yaşında vəfat edib.
Qeyd edək ki, Ş. Adelson Las Veqasda kazino maqnatı və hazırkı ABŞ prezidenti Donald Tramp da daxil olmaqla Respublikaçı siyasətçilərin böyük donoru olub. Ş. Adelson 2015-ci ildən bəri Respublikaçı namizədlərə 250 milyon dollardan çox ianə edib.