ABŞ Senatı Prezident Donald Trampı impiçment prosesində hər iki ittiham bəndinə görə bəraət verib.
Qaynarinfo xəbər verir ki, beləliklə, Ağ Evin rəhbəri məhkum edilməyəcək və hakimiyyətdən uzaqlaşdırılmayacaq.
Konqresmenlər Trampı səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaqda günahkar saymayıb. Belkəliklə, impiçment prosesi başa çatıb.
Prezidentin hakimiyyətdən uzaqlaşdırılması üçün senatorların səslərinin üçdə ikisi tələb olunurdu. Senatdakı respublikaçı çoxluq əvvəlcə Trampa impiçment tətbiq etmək niyyətində olmayıb.
Nümayəndələr Palatası 2019-cu ilin dekabrında yalnız Demokratlar partiyasının millət vəkillərinin səsləri ilə Trampa iki bənddə - səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə maneçilik törətmək ittihamı irəli sürüb.
Beləliklə, Tramp ABŞ tarixinə haqqında impiçment prosesi başladılan üçüncü prezident kimi düşüb.
Alpər