
ABŞ senatı növbəti dəfə keçmiş prezidenti Barak Obama dövründə qəbul edilmiş "Obamacare" sağlamlıq sığortasının ləğvini səsverməyə çıxarıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hakim Respublikaçılar partiyasından Con Makkeyn, Liza Murkovski və Suzan Kollins "Obamacare"nin ləğvinin əleyhinə çıxış ediblər. Bildirilir ki, 100 nəfər senat üzvündən 51-i qanunun ləğvinin əleyhinə çıxış edib.
Qeyd edək ki, Donald Tramp bu qanunun ləğvinə çalışır və bu məsələ onun seçki dövründə verdiyi vədlərdən biri idi.
Bir neçə gün əvvəl senat məsələnin müzakirəyə çıxarılması, daha sonra isə ləğvi məsələsi senatda səsverməyə qoyulmuş, lakin "Obamacare"nin ləğvi rədd edilmişdi.
Gülşən
Qaynarinfo.Az