Xəbər lenti

Trampın Kapitoliyə hücumla bağlı istintaq haqqında danışması yasaqlandı
Dünya10:26 17.10.2023

Trampın Kapitoliyə hücumla bağlı istintaq haqqında danışması yasaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vaşinqtonun federal hakimi Tanya Çutkan ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci ildə Kapitoliyə hücumu işində prokurorları, şahidləri və hakim heyətinin üzvlərini hədəf alan bəyanatlar vermək imkanını məhdudlaşdırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” AP-yə istinadən yazır. 
Hakim Trampa qarşı federal işlərə rəhbərlik edən ABŞ Ədliyyə Nazirliyinin xüsusi müşaviri Cek Smitin tələbini qismən təmin edib. Keçmiş prezident Kapitoliyə hücumu işində prokurorları "quldurlar” və hakimin özünü "qərəzli” adlandırdıqdan sonra Smit vəsatət qaldırıb.
Hakimin qərarının pozulması sanksiyalar nəzərdə tutur - cərimələrdən tutmuş həbsə qədər.
Trampın ofisi gözlənildiyi kimi, hakimin qərarını "iyrənclik” və "demokratiyanın ürəyinə daha bir siyasi motivli bıçaq zərbəsi” adlandırıb. ABŞ-ın 45-ci prezidentinin vəkilləri qərardan apelyasiya şikayəti verəcəklərini bildiriblər.
Nizami Bağırov