Xəbər lenti

Trampın komandası Venesuelada hakimiyyət dəyişikliyi istəyir -
Dünya 19:29 19.01.2025

Trampın komandası Venesuelada hakimiyyət dəyişikliyi istəyir - "Axios"

ABŞ-ın seçilmiş prezidenti Donald Trampın komandası Venesuelanın hazırkı prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsinə nail olmaq istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Axios" qəzeti yazıb.

Trampın adı açıqlanmayan müşaviri portala deyib ki, rejim dəyişikliyi mütləq hərbi əməliyyatları əhatə etməməlidir. "Axios" yazır ki, Donald Trampın komandası Nikolas Maduronun hərbi çevrilişdən sonra istefa verən və Rusiyaya uçan Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin taleyini təkrarlamasını istəyir. 

"Axios" mənbədən sitat gətirir: "Biz Maduronun Moskvada Əsədin qonşusu olmasına qətiyyən qarşı olmazdıq".

Nəşr qeyd edir ki, Donald Trampın Venesuelaya marağı ABŞ-ın yeni seçilmiş prezidentinin daha geniş, inkişaf etməkdə olan siyasətinin bir hissəsidir. Onun dövlət katibi vəzifəsinə namizədi Marko Rubio daha əvvəl demişdi ki, Venesuela "özünü milli dövlətə yüksəldən narkotik ticarəti təşkilatı tərəfindən idarə olunur".

Maduronun andiçmə mərasimi 2025-ci il yanvarın 10-da baş tutub. Rəsmi rəqəmlərə görə, Maduro seçkidə 51%-dən çox, müxalifət namizədi Edmundo Qonzales Urrutia isə 44%-dən bir qədər çox səs toplayıb. ABŞ hökuməti, eləcə də bir sıra Qərb ölkələri seçkilərin nəticələrini etibarsız elan edib və Edmundo Qonzalesi qalib kimi tanıyıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->