Xəbər lenti

Trampın koronavirusdan sağalmasına nə qədər pul xərclənib?
Dünya04:32 08.10.2020

Trampın koronavirusdan sağalmasına nə qədər pul xərclənib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Trampın üç gün ərzində koronavirus infeksiyasından müalicəsi 100 min ABŞ dollarından da baha başa gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı "The New York Times” yayımlayıb.
Nəşrin hesablamalara görə, vəsait yeni koronavirus üçün aparılan testlərə, müxtəlif antikor əsaslı dərmanların istifadəsinə xərclənib. Bura onun "Uoltir Red” Tibb Mərkəzində yerləşdirilməsi daxil deyil.
Standart tibbi sığortaya aid olmayan prosedurlar və ya gözlənilməz xərclər də daxil olduqda müalicəyə xərclənən vəsait əhəmiyyətli dərəcədə artır.