Xəbər lenti

Trampın kürəkəninə Misirdə şok: Görüşü xəbərsiz təxirə salındı
Dünya11:59 23.08.2017

Trampın kürəkəninə Misirdə şok: Görüşü xəbərsiz təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Misirə səyahəti çərçivəsində şok yaşayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İsrail-Fələstin probleminin həlli məsələsini müzakirə etmək üçün Qahirəyə gələn Kuşner Misirin xarici işlər naziri ilə görüşməli idi. Lakin nazirlik görüşün təxirə salınması ilə bağlı açıqlama yayımlayıb.

Qeyd edək ki, ABŞ insan hüquqları məsələsindəki problemlərə görə Misirə edilən yardımların dayandırılması ilə bağlı açıqlama vermişdi. Görüşün təxirə salınmasının səbəbinin bu qərar olduğu istisna edilmir.

Son məlumata əsasən isə Cared Kuşnerin Misir prezidenti Əbdül Fəttah Əl Sisi ilə görüşü gözlənilir.

Gülşən

Qaynarinfo.Az