Florida Cənub Dairə Məhkəməsinin hakimi Eileen Cannon iyulun 21-də ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı məxfi sənədlər işi üzrə məhkəmə prosesini 20 may 2024-cü il tarixinə təyin edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios” məhkəmə sənədlərinə istinadən məlumat
yayıb.
Beləliklə, Trampın bu iş üzrə məhkəməsi böyük ehtimalla respublikaçılar ilkin seçki prosesi başa çatdıqdan sonra başlayacaq.
Qeyd olunur ki, məhkəmə prosesinin başlanma tarixi ABŞ Ədliyyə Nazirliyi ilə Trampın vəkilləri arasında onun vaxtı ilə bağlı münaqişə fonunda müəyyən edilib. Eks-prezidentin vəkilləri israr ediblər ki, bu iş üzrə məhkəmə prosesi 2024-cü il noyabrın əvvəlinə təyin olunan seçkilərdən sonra baş tutsun.
Öz növbəsində, xüsusi prokuror Cek Smit məhkəmənin dekabrın ortalarına təyin edilməsini xahiş edib.
Aydın