Amerikalı iş adamı kiçik Donald Tramp Men ştatının hakimiyyətinin atası, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyasının ştatda keçirilən praymerizlərində iştirakının qadağan olunması qərarını tənqid edib.
Qaynarinfo
xəbər verir ki, X sosial şəbəkəsində (keçmiş Twitter) o solçu hökumətin öz rəqiblərinə qarşı mübarizədə istənilən qiyməti ödəməyə hazır olduğunu qeyd edib.
"Tramp indi Men ştatından kənarlaşdırılıb. Yadda saxlayın, uşaqlar, hakimiyyətdəki radikal sol/marksistlər qaydalara, ədəb-ərkan, etiket və ya gücdən başqa bir şeyə əhəmiyyət vermirlər. Onlar nəyin bahasına olursa-olsun, öz opponentlərini susduracaq və/yaxud həbs edəcəklər <...> Biz oyanmayana qədər onlara heç nə mane ola bilməyəcək”, - kiçik Tramp yazıb.
Men ştatının dövlət katibi, demokrat Şanna Bellows Trampı 2021-ci ilin yanvarında tərəfdarları tərəfindən Kapitoliyə hücumda iştirakını bəhanə edərək praymerizdə namizədlər siyahısından çıxarıb. Onun fikrincə, ABŞ-ın keçmiş prezidenti ölkə konstitusiyasına edilən 14-cü düzəlişi pozub və "qiyama və ya üsyana” kömək etdiyi üçün seçkilərdə iştirak edə bilməz. Siyasətçinin vəkilləri artıq belə bir hərəkətə etiraz ediblər. Men qərarı Koloradoda oxşar qərardan sonra verilib. Eyni zamanda, Kaliforniya, Miçiqan və Missuri ştatlarında Trampı praymerizdən kənarlaşdırmaq mümkün olmayıb.
Alpər