
ABŞ prezidenti Donald Trampın İran, Liviya, Somali, Sudan, Suriya, Yəmən vətəndaşlarının ölkəyə girişinə tətbiq etdiyi məhdudiyyətlərə qanuni dəyişikliklər edilir.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Havay məhkəməsi nənə və babaları da yaxın qohumlar siyahısına daxil edib.
Qeyd edək ki, bundan öncəki qərarda ancaq həyat yoldaşı, nişanlı, ata-ana, bacı-qardaş, övlad yaxın qohumlar hesab edilirdi.
Trampın təklif etdiyi layihədə isə 7 ölkə vətəndaşlarına ABŞ-a giriş tamamilə qadağan edilmişdi. Lakin sonradan qərar dəyişdirildi, İraq siyahıdan çıxarıldı və qadağa ciddi məhdudiyyətlərlə əvəz edildi.
Gülşən
Qaynarinfo.Az