ABŞ-ın NATO yanında səfiri Metyu Uitaker Kiyevə ilk səfəri çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdüyünü bildirib.
	
Qaynarinfo xəbər verir ki, bu barədə Uitaker X (keçmiş Twitter) sosial platformasında yazıb.
	
Səfirin sözlərinə görə, o, Zelenskiyə "bu mənasız müharibənin başa çatdırılmasının zəruriliyindən” danışıb.
	
"Mən fikrimi bildirdim ki, bu mənasız müharibə sona çatmalıdır və Trampın səyləri sayəsində əldə ediləcək sülh irəliləmək üçün yeganə mümkün yoldur”, – deyə Uitaker vurğulayıb.
 
	
Bundan əlavə, NATO nümayəndə heyəti Uitakerin rəhbərliyi ilə Ukraynanın müdafiə naziri Denis Şmıqal ilə də görüş keçirib.
	
Qeyd olunur ki, Uitaker daha əvvəl bildirmişdi: 2025-ci ilin sonuna qədər, ABŞ silahlarının Ukrayna üçün alınmasını nəzərdə tutan PURL təşəbbüsü çərçivəsində daha 2 milyard dollar vəsait toplanması mümkündür.
	
Uitaker həmçinin əmin edib ki, prezident Donald Tramp Rusiya əleyhinə onun hakimiyyəti dövründə tətbiq edilmiş sanksiyaların icrasına nəzarət edəcək.
		
Alpər
             
            
Şərhlər